AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, hamımıza əziz olan insanın, zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verim. Münasibətlərimizin inkişafı üçün həddən çox iş görmüş atanızın vəfatı xəbəri mən və bütün həştərxanlıları dərindən kədərləndirmişdir. Heydər Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır. Səmimi başsağlığımızı bütün Azərbaycan xalqına çatdırmağınızı xahiş edirik. Sizinlə birlikdə dərindən kədərlənirik.
Səmimiyyətlə, Sizin,
Anatoli Qujvin,
Həştərxan vilayətinin qubernatoru.
Həştərxan, 13 dekabr 2003-cü il.