AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının və türk dünyasının yetirdiyi öndər və müstəsna liderlərdən biri olan, hörmətli Böyüyünüz, sevimli Atanız, böyük dövlət Adamı cənab Heydər Əliyevin vəfatından dərin üzüntü duyuram.
Möhtərəm Atanız cənab Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının qəlbində taxt qurmuşdur.
Kədərinizi bölüşür, Allahdan ona rəhmət diləyir, Sizə, ailənizə, Azərbaycan dövlətinə və xalqına başsağlığı verirəm.
Ən dərin sayğılarımla,
doktor Ələddin Böyükqaya
İstanbul millət vəkili
15 dekabr 2003-cü il