AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əs-sələmu aleykum və rəhmətullahi və bərəkatuhu
Atanız, Zati-aliləri Heydər Əliyevin vəfatı xəbərini aldıq, kədərləndik və üzüldük.
Zati-alilərinizə, ailənizə və qardaş Azərbaycan xalqına səmimi qəlbdən və dərin hüznlə başsağlığı verir, Ulu və Qadir Allaha dua edirik ki, Ona geniş rəhmətini əta etsin, məğfirət qapılarını Onun üzünə açsın və Onu Cənnətin ən gözəl guşələrində məskun etsin!
“Biz hamımız Allaha məxsusuq və Onun dərgahına qayıdacağıq!”
Abdulla bin Əbdüləziz al Səud,
Səudiyyə Ərəbistanı Məmləkətinin vəliəhdi,
Baş nazirin müavini, Milli qvardiyanın rəisi.