AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Gürcüstanın Milli Olimpiya Komitəsi, bütün atletlərimiz və olimpiyaçılarımız Azərbaycan xalqının böyük oğlu, uzun illər boyu dövlətin əvəzolunmaz lideri, Gürcüstan xalqının böyük dostu cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar səmimi başsağlığı verir.
Gürcüstan xalqı, xüsusilə ölkələrimizin müstəqilliyi dövründəki dostluğu, dəstəyi və əməli yardımı həmişə yadda saxlayacaqdır.
Şəxsən Sizin, eləcə də qohumlarınızın və Azərbaycan xalqının kədərinə səmimiyyətlə şərikik. Gürcüstanın idman cəmiyyəti inamını ifadə edir ki, cənab Heydər Əliyevin xatirəsi ölkənizin daha da möhkəmlənməsini və Azərbaycan ilə Gürcüstan xalqları arasında dostluq və əməkdaşlığın genişlənməsini həmişə təşviq edəcəkdir.
Səmimiyyətlə,
Cansuq Baqrationi
Gürcüstan Milli Olimpiya Komitəsinin
prezidenti
Emzar Zenaişvili,
Gürcüstan Milli Olimpiya Komitəsinin
baş katibi.
Tbilisi, 15 dekabr 2003-cü il.