AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Əliyev,
Dost və qardaş Azərbaycanın böyük öndəri, dəyərli dövlət adamı, hörmətli Prezident Heydər Əliyevin vəfatı xəbərini kədər hissi ilə öyrəndim.
Həm də universitetimizin fəxri doktoru adını daşıdığı üçün bizim qəlbimizdə xüsusi bir yeri olan mərhum Heydər Əliyevi rəhmətlə xatırlayır, şəxsən öz adımdan və universitetimiz adından Sizə və bütün Azərbaycan xalqına başsağlığı verirəm.
Professor, doktor M. Lütfü Çakmakçı
Süleyman Dəmirəl Universitetinin rektoru.
15 dekabr 2003-cü il.