AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın vəfatı ilə əlaqədar Sizə səmimi qəlbdən başsağlığımı ifadə etmək istərdim.
Prezident Heydər Əliyev müstəqilliyinin erkən həlledici illərində ölkəsinə rəhbərlik edən və müasir Azərbaycanın inkişafının təməlini qoyan dövlət xadimi kimi xatırlanacaqdır.
Sizin atanız Azərbaycana sabitlik gətirmiş və regional münaqişələrin sülh yolu ilə həll olunması üçün əzm nümayiş etdirmişdir. Həm Azərbaycanın qonşuları, həm də regiondan kənarda yerləşən dövlətlərlə mehriban əlaqələrin qurulması üçün böyük əmək sərf etmişdir. Azərbaycanın gələcəyinin zəmanəti üçün iqtisadi inkişafın vacibliyini dərk etmiş və gələcək tərəqqinin təmin olunması məqsədi ilə yorulmadan səylər göstərmişdir. Onun qoyduğu irs unudulmayacaqdır.
Mən Sizin atanızla görüşərək Azərbaycanın inkişafı, regionun gələcəyi və ölkənizin NATO ilə əməkdaşlığını müzakirə etmək imkanına nail olmaqdan məmnunam. O, geniş biliyi və xalqı qarşısında yüksək məsuliyyəti ilə məndə böyük təəssüratlar oyatmışdır.
Mən əminəm ki, Siz onun irsinin davam etdirilməsi üçün böyük əmək sərf edəcəksiniz. Dağlıq Qarabağ ətrafında münaqişənin davamlı həlli yolunun tapılması həm Azərbaycan, həm də regionun gələcəyi üçün olduqca əhəmiyyətli olacaqdır.
Atanızın itkisi ilə əlaqədar bir daha mənim dərin hüznlə başsağlığımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
lord Corc Robertson,
NATO-nun baş katibi.
16 dekabr 2003-cü il.