AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri!
Atanızın cari ilin 12 dekabrında vəfat etməsi xəbərini dərin kədər hissi ilə aldım. Bu kədərli itki ilə bağlı Sizə öz adımdan, həmçinin Avstriya Respublikası adından səmimi başsağlığımızı yetirirəm.
Azərbaycan Heydər Əliyevin timsalında ölkəniz qarşısında böyük xidmətlər göstərmiş müdrik və təcrübəli dövlət xadimini itirmişdir.
Tomas Klestil,
Avstriya Respublikasının Federal Prezidenti.
Vyana, 18 dekabr 2003-cü il.