AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının istiqlalı, sabitliyi, rifahı və asayişi sahəsində misilsiz rolu olan Prezident cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar Cənabınıza, Azərbaycan dövlətinə və onun müsəlman xalqına dərin hüznlə başsağlığı verirəm.
Tehran ilə Bakı arasında dostluğun və əlaqələrin yaradılması yolunda böyük səylər göstərən bu görkəmli siyasətçinin yoxluğu iki ölkə, region və dünya üçün ağır bir itkidir.
Nemət paylayan Allah-Təaladan o səadətli, müdrik İnsan üçün rəhmətlər və Azərbaycan dövləti və xalqına xoşbəxtlik, səadət və başucalığı diləyirəm.
Əkbər Haşimi Rəfsəncani,
İran İslam Respublikası
Məsləhət Şurasının sədri.
20 dekabr 2003-cü il.