AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezidentim,
Regionumuzda və dünyada sülh naminə göstərdiyi önəmli xidmətlərlə türk və dünya tarixində unudulmaz ad qazanmış möhtərəm Prezident Heydər Əliyevin vəfatı bütün türk dünyasında olduğu kimi, universitetimizin kollektivi arasında da dərin kədər yaratmışdır.
Sizə və Sizin şəxsinizdə dost və qardaş Azərbaycan xalqına başsağlığı verir, hörmət və ehtiramlarımı bildirirəm.
Professor, doktor Baki Komşuoğlu
Türkiyənin Kocaeli Universitetinin rektoru
Konya, 16 dekabr 2003-cü il.