AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar YUNİSEF-in adından başsağlığı verir və ən dərin kədərimi bildirirəm.
YUNİSEF-in əməkdaşları və həmkarları ilə görüşə həmişə vaxt tapmış və YUNİSEF-in mühüm tədbirlərində daim iştirak etmiş Prezident Heydər Əliyev YUNİSEF-in yaddaşında uşaq hüquqlarının güclü müdafiəçisi kimi qalacaqdır.
Qoy, atanız haqqında xatirələr ürəyinizdə əbədi yaşasın, onun ruhunu daim şad etsin.
Zati–aliləri, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Karol Bellami,
YUNİSEF-in icraçı direktoru.
Nyu-York, 17 dekabr 2003-cü il.