AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Heydər Əlirza oğlunun hörmətli yaxınları və dostları! Mənim əziz bakılılarım!
Ağır itki ilə əlaqədar mən və ailəm dərin hüznlə başsağlığı veririk. Hayfa şəhərində yaşayan dostlarım, bakılılar, bütün azərbaycanlılar, onu sevən və ona hörmət edənlərin hamısı mənə qoşulur. Heydər Əlirza oğlunun vəfatı bizi dərindən sarsıtmışdır. Biz onu Azərbaycanı ən yüksək səviyyəyə qaldırmış bir insan, öz xalqının qayğıkeş atası, yüksək mənəvi prinsiplərə malik intellektual, bütün xalqların, o cümlədən yəhudi xalqının mənafelərinə hörmət edən demokrat kimi həmişə xatırlayacağıq.
Heydər Əlirza oğlu ilə eyni gündə bacımın vaxtsız vəfat etməsi və dinimizin bəzi xüsusiyyətləri, - 7 gün televiziyaya baxmağı və qəzet oxumağı qadağan etməsi ilə əlaqədar bu məktubu bir qədər gecikdirdiyim üçün Sizdən üzr istəyirəm.
Əmin olduğumu bildirmək istəyirəm ki, bu kədər harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları, eləcə də əslən Azərbaycandan olanları daha sıx birləşdirəcəkdir. Əminəm ki, Heydər Əlirza oğlunun adı İsraildə sülhün möhkəmlənməsi işinə kömək edəcəkdir.
Svetlana Nisanova
Knessetin deputatı Roman Bronfmanın müşaviri,
Keçmiş Qafqazlılar Təşkilatının əlaqələndiricisi,
İsrail–Azərbaycan Dostluq Cəmiyyəti Komitəsinin
üzvü
Hayfa, 17 dekabr 2003-cü il.