AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm atanız, dəyərli dövlət adamı, türk dünyasının öndə gedən liderlərindən olan cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar duyduğum dərin kədəri Sizinlə və xalqınızla bölüşmək istəyirəm. Türk dünyası çox önəmli bir nümayəndəsini itirmişdir.
Matəm mərasiminə Baş nazirimiz cənab Tayyib Ərdoğanla birlikdə iştirak etməyimə baxmayaraq, xalqınızın mərhuma nümayiş etdirdiyi böyük diqqətə görə birbaşa Sizə başsağlığı verməyə fürsət tapa bilmədim.
Azərbaycanda şahid olduğumuz münasibət Sizə qarşı olan sevgi və hörmətin böyük göstəricisi idi. Əminəm ki, Sizin liderliyiniz ilə Azərbaycan dünyanın ən firavan ölkələri arasında yerini tutacaqdır.
Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına yenidən başsağlığı verirəm.
Ən dərin hörmətlə,
Egemen Bağış
İstanbul millət vəkili, Baş nazirin xarici əlaqələr
üzrə müşaviri.