AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident cənab Heydər Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə eşitdik və pedaqoji kollektivimiz mənə bu məktubla Qara dəniz regionunun siyasi həyatında ən mühüm şəxsiyyətlərdən birinin vəfatı ilə əlaqədar dərin kədər hissimizi bildirməyi tapşırmışdır.
Cənab Prezident Heydər Əliyev öz təcrübəsi və müdrikliyi ilə Azərbaycan xalqına tarixin ən çətin məqamlarında yol göstərmiş, öz xalqının suverenliyini və müstəqilliyini qorumuş və bununla da, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə müasir inkişafına və təsdiqinə şərait yaratmışdır.
Prezidentlərimizi bir–birinə yaxınlaşdıran dostluq ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişafının təməlini qoymuşdur.
Bizim üçün böyük şərəfdir ki, Qara dəniz regionunda əməkdaşlığa dair bir sıra tədbirlər, o cümlədən BSUN-2002 Konqresi Bakıda Heydər Əliyevin başçılığı ilə keçirilmişdir.
Axırda Sizi bir daha əmin etmək istəyirəm ki, Konstansa şəhərindəki
“Ovidius” Universitetinin tələbələri və müəllimləri dərindən kədərlənmişlər. Sizə, Azərbaycan xalqına, hökumətinə səmimi qəlbdən başsağlığı verirəm.
professor Adrian Bavaru
“Ovidius” Universitetinin rektoru
Konstansa, 20 dekabr 2003-cü il.