AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əvəzsiz itki – Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Dərbənd şəhərinin sakinləri adından səmimi başsağlığımızı qəbul edin.
Onun simasında Azərbaycan xalqı özünün ən görkəmli oğullarından birini – Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin banisini itirdi.
Heydər Əlirza oğlu Əliyev Dağıstan xalqlarının böyük dostu, Qafqazda sülhün, dostluğun və sabitliyin tərəfdarı olmuşdur. Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin.
Dərbənd Şəhər İcra hakimiyyəti
Dərbənd Şəhər Məclisi.