AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Atanız Heydər Əliyevin vəfatı xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladım. Azərbaycan Respublikasının ictimaiyyətinə ağır itki üz vermişdir. Adı yeni Azərbaycan dövlətçiliyinin təşəkkülü və dirçəlişi ilə bağlı olan görkəmli dövlət xadimi həyatdan getmişdir.
Sizə və bütün yaxınlarınıza dərin hüznlə başsağlığı vermək istəyirəm.
Səfa Gömdəniz,
“Burç” şirkətinin prezidenti.
Ankara, 16 dekabr 2003-cü il.