AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Öz ölkəsinin misilsiz lideri, onun tərəqqisi, əmin-amanlığı və uğurlu inkişafı üçün hər şey etmiş Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbəri təkcə Azərbaycanı deyil, bütün dünyanı sarsıtdı.
Bizim şüurumuzda bütöv bir epoxa Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı tariximizə minnətdarlıqla yazılmışdır.
Möhtərəm İlham Heydər oğlu, icazə verin, görkəmli insanın – şərəf və ləyaqət sahibi olmuş insanın vəfatı ilə əlaqədar səmimi qəlbdən dərin hüznlə başsağlığı verim. Bizim Teatr İttifaqı, bütün mədəniyyət xadimləri Sizinlə birlikdə kədərlənirlər. Biz bu böyük xadimi, gözəl insanı heç zaman unutmayacağıq.
Onun xatirəsi qarşısında baş əyirəm.
Hörmətlə Sizin,
Aleksandr Kalyagin
Aktyor Moskva, 15 dekabr 2003-cü il.