AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Arxangelsk vilayətinin sakinləri adından və şəxsən öz adımdan ən səmimi başsağlığımı bildirirəm. O, nüfuzlu, müdrik siyasətçi, fəal rəhbər kimi öz ölkəsini müstəqillik və demokratiya yoluna çıxarmış, dövlətlərimiz arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. Məhz Heydər Əlirza oğlunun həyata keçirdiyi siyasət sayəsində Azərbaycanı və vilayətimizi çoxillik dostluq əlaqələri bağlayır. Azərbaycan diasporu Arxangelsk vilayətinin ən çoxsaylı diasporlarından biridir və regionumuzun sosial-iqtisadi və mədəni həyatına böyük töhfə verir.
Azərbaycan xalqı ilə, Heydər Əliyevin doğmaları və yaxınları ilə birgə bu əvəzsiz itkidən dərindən kədərlənirik. Bu gözəl insanın xatirəsi şimallıların qəlbində əbədi yaşayacaqdır.
Anatoli Yefremov,
Arxangelsk vilayəti icra hakimiyyətinin
başçısı.
Arxangelsk, 15 dekabr 2003-cü il.