AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əvəzsiz itki ilə əlaqədar Sizinlə birgə kədər hissi keçirirəm. Azərbaycanın inkişafında və möhkəmlənməsində, yeni Azərbaycan Respubilkasının qurulmasında bu böyük insanın rolunu və töhfəsini qiymətləndirmək qeyri–mümkündür. Dərin biliyi, rəhbərlik istedadı, qətiyyətli, siyasi iradəsi, yüksək insani keyfiyyətləri təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox kənarda da Heydər Əlirza oğluna böyük nüfuz və hörmət qazandırmışdır. Heydər Əlirza oğlunun əziz xatirəsi milyonlarla insanın qəlbində əbədi yaşayacaqdır.
Bu itki məni sarsıtmışdır və İlham Heydəroviç, Sizə ən səmimi başsağlığımı bildirirəm. Heydər Əlirza oğlunu çox yaxşı tanıyan bir insan kimi mən bu ağır itkinin Sizin üçün, ailəniz üçün, bütün Azərbaycan xalqı üçün nə demək olduğunu aydın təsəvvür edirəm.
Hörmət və kədərlə,
Yuri Şafranik,
Rusiya Neft-Qaz Sənayeçiləri
İttifaqı Şurasının sədri.
Moskva, 16 dekabr 2003-cü il.