AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatları xalqlarımız arasındakı güclü tərəfdaşlığı yüksək qiymətləndirir. Beynəlxalq terrorizmə qarşı müharibədə bizim səylərimizə dəstəyiniz, alicənablıq göstərərək, Azərbaycan ərazisi üzərindən uçuşlara məhdudiyyətsiz imkan yaratmağınız, İraqdakı koalisiya qüvvələrinə ordu kontingentinizlə verdiyiniz töhfə bizim tərəfdaşlığımızın real rəmzləridir.
Nyu-Yorkda xarici işlər naziri Məmmədyarov ABŞ Konqresində Azərbaycan üçün əhəmiyyət daşıyan məsələlərin müzakirəsi barəsində hökumətinizin daha çox məlumat almaq arzusunu ifadə etmişdir.
Biz, Azərbaycan müstəqillik qazandıqdan sonra, Cəkson-Vənik tələblərinə uyğun olaraq, ölkənizin mühacirət azadlığına dair beynəlxalq standartlara cavab verdiyini hər il təsdiq etmişik. Xüsusilə vurğulamaq istəyirəm ki, Buş Administrasiyası Cəkson-Vənik düzəlişinin Azərbaycan üçün tamamilə qüvvədən düşməsini dəstəkləyir. Administrasiya Cəkson-Vənik düzəlişinin Azərbaycana tətbiqinin dayandırılmasını möhkəm dəstəkləsə də, biz başa düşürük ki, Konqresdə bəziləri, ilk növbədə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı daha çox irəliləyiş görmək istərdi. Bizim ABŞ Ticarət və İnkişaf Agentliyinin Bakıdakı məsləhətçisi hökumətinizə ÜTT-yə üzvlüklə bağlı yardım etməyə hazırdır.
Əmin ola bilərsiniz ki, biz Cəkson-Vənik düzəlişinin Azərbaycana tətbiq olunmasının dayandırılmasını, eləcə də, ölkənizin ÜTT-yə qəbul olunması üzrə aparılan danışıqları möhkəm dəstəkləməkdə davam edəcəyik. Amerika Birləşmiş Ştatları Azərbaycanda iqtisadi islahatlar sahəsində irəliləyişi təqdirəlayiq hesab edir və ölkələrimiz arasında tərəfdaşlığa bundan sonra da sadiq olduğunu bildirir. Biz Sizin iqtisadi liberallaşma və demokratik inkişafla bağlı səylərinizi də alqışlayırıq.
Səmimiyyətlə,
Kolin L.Pauell
Amerika Birləşmiş Ştatlarının
dövlət katibi