AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Pakistan dövləti, xalqı adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə Zati-alilərinizə, ölkənizə və Azərbaycan xalqına səmimi təbrikləri və xoş arzuları çatdırıram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan sıx qardaşlıq münasibətləri gələcək illərdə daha da möhkəmlənəcək və hər iki ölkənin xalqlarının rifahı naminə bundan sonra da daim inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, bir daha Zati-alilərinizə cansağlığı və səadət, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, xahiş edirəm ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz.
General Pərviz Müşərrəf
Pakistan İslam Respublikasının Prezidenti