AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı münasibətilə həmvətənlərinizə rifah və sülh arzularımı Zati-alilərinizə çatdırıram.
Azərbaycan xalqına hər kəsin harmoniya və insanlara hörmət şəraitində iqtisadi və sosial tərəqqidən bəhrələnə biləcəyi daha ədalətli və daha həmrəy cəmiyyət qurmağı arzulayıram.
Zati-alilərinizə və ölkənizin bütün vətəndaşlarına Ulu Tanrıdan xeyir-dua diləyirəm.
XVI Benedikt
Roma Papası