AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Milli bayramınız - Respublika günü münasibətilə Zati-alilərinizə göndərdiyim səmimi təbriklərə və ən xoş arzulara İrlandiya xalqı da qoşulur.
Bu fürsətdən istifadə edərək, Zati-alilərinizə cansağlığı, Azərbaycan Respublikasının xalqına isə xoşbəxtlik və tərəqqi arzulayıram.
Meri MakAlis
İrlandiyanın Prezidenti