AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı - Azərbaycan Demokratik Respublikasının 90-cı ildönümü münasibətilə İsveçrə Federal Şurası adından və şəxsən öz adımdan Zati-alilərinizə səmimi təbrikləri çatdırmaqdan böyük məmnunluq duyur və ən xoş arzularla Sizə cansağlığı, ölkənizə tərəqqi diləyirəm.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələri və qarşılıqlı etimad gələcək illərdə daha da güclənəcəkdir.
Paskal Kuşpen
İsveçrə Konfederasiyasının Prezidenti