AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
İcazə verin, ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırım.
Çexiya Respublikası Azərbaycanı mühüm və perspektivli tərəfdaş, həm Cənubi Qafqaz regionunda, həm də ondan kənarda əhəmiyyəti artan bir ölkə hesab edir. Fürsətdən istifadə edib, bütün sahələrdə ölkələrimiz arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində və əlaqələrimizin daha da inkişaf etməsində maraqlı olduğumuzu bildirirəm. Xüsusən də əminəm ki, ikitərəfli iqtisadi və ticarət münasibətlərimizin daha da intensivləşməsi mədəniyyət, elm, təhsil və turizm kimi sahələrdə əlaqələrin genişlənməsinə güclü təkan verə bilər.
Sizə məsuliyyətli işinizdə uğurlar arzulayıram.
Cənab Prezident, xahiş edirəm Sizə olan yüksək ehtiramımı qəbul edəsiniz.
Vatslav Klaus
Çexiya Respublikasının Prezidenti