RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Əziz qardaşım,
Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika günü münasibətilə bütün Qazaxıstan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Sizin Qazaxıstana keçənilki səfərinizi səmimiyyətlə xatırlayıram. Danışıqlar zamanı əldə edilmiş razılıqlar və imzalanmış ikitərəfli sənədlər, şübhəsiz ki, tərəfdaşlığımıza yeni təkan vermişdir.
Ölkələrimiz arasındakı sıx əməkdaşlığa xüsusi əhəmiyyət verərək, xalqlarımızın mənafeləri naminə bütün sahələrdə əlaqələrimizin bundan sonra da dərinləşəcəyinə tam əminliyimi bildirirəm.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və səmərəli iş, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və inkişaf arzu edirəm.
Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının Prezidenti