RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Zati-alilərinizə şəxsən öz adımdan və İraq xalqı adından ən səmimi və ən xoş təbrikləri göndərməkdən böyük məmnunluq duyuram. Zati-alilərinizə cansağlığı və uğurlar, xalqınıza isə müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və firavanlıq diləyirəm.
Fürsətdən istifadə edərək, Zati-alilərinizə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində müvəffəqiyyətlər arzulayıram.
Ən səmimi ehtiramla,
Cəlal Ət-Tələbani
İraq Respublikasının Prezidenti