AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident Əliyev!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etmək istəyirəm. Ölkələrimizin önəm verdiyi geniş maraqlarımız üzərində qurulmuş səmərəli əməkdaşlığımızı davam etdirməyə ümid bəsləyirəm.
Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) bu seçkilərə verdiyi qiyməti maraqla izlədim. BSMM bu seçkilərdə ATƏT və Avropa Şurası qarşısındakı öhdəliklərə və beynəlxalq standartlara cavab vermə istiqamətində əhəmiyyətli irəliləyiş əldə edildiyini vurğulayır. Azərbaycanın qarşısında duran vəzifələrin öhdəsindən gəlmək üçün göstərdiyiniz səyləri təqdir edir və BSMM-in hesabatında göstərilənlər də daxil olmaqla, çətinliklərin öhdəsindən gəlmək üçün Sizi dəstəkləməkdə hazır olduğumuzu bir daha təsdiqləyirəm.
Birləşmiş Krallıq Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllini dəstəkləməkdə davam edəcəkdir. Mən vəziyyətin mürəkkəbliyini başa düşürəm, lakin ümid edirəm ki, Ermənistanla münasibətlərinizin normallaşması üçün yollar axtaracaq və hər bir imkandan yararlana biləcəksiniz.
İnsan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə hörmət əsnasında, Azərbaycanın gələcəyinin sabitliyi, tərəqqisi və təhlükəsizliyi istiqamətində lazımi tədbirlərin görülməsinə dəstək üçün Sizinlə əməkdaşlıq etmək əzmindəyəm.
Hörmətlə,
Qordon Braun
Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Baş naziri