AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Zati-alinizə təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram.
Azərbaycan xalqının demokratik iradəsini ifadə etməsi, dövlətin inkişafında və xalqınızın rifahının yüksəldilməsində bir lider kimi Zati-alinizin oynadığı həlledici rolun beynəlxalq miqyaslı əhəmiyyətinə olan şəksiz inamını nümayiş etdirir. Azərbaycanın beynəlxalq səviyyədə tanınması, onun regional lider kimi rolunun etiraf edilməsi, Qara dəniz ilə Xəzər dənizi arasında yerləşən mühüm geosiyasi regionda Qərb sivilizasiyasının istinadgahı olması kimi amillər çox təbii və önəmli formada daim Zati-aliniz tərəfindən aparılan və indi də davam etdirilən müdrik siyasətin nəticəsidir. Prezident Heydər Əliyev kimi böyük və unudulmaz siyasi lider tərəfindən milli səviyyədə Azərbaycan tarixində ilk dəfə olaraq başlanmış və həyata keçirilmiş müasir inkişaf prinsipləri ilə bağlıdır.
Dost və qardaş Azərbaycan xalqının rifahı və firavanlığı naminə dövlətçilik fəaliyyətinizdə Zati-alinizə çoxlu yeni-yeni uğurlar arzulayır, xoşbəxtlik və möhkəm cansağlığı diləyirəm.
D-r Marius-Yucin Opran
Avropa İttifaqının İqtisadi və sosial
komitəsinin icraçı bürosunun üzvü