AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİCƏNAB İLHAM ƏLİYEVƏ
Heydər Əlirza oğlu Əliyevin vəfatından xəbər tutaraq, Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə və səmimi başsağlığı verirəm.
Heydər Əliyev hamının nəzərində öz xalqını sevən və bütün qüvvəsini Azərbaycanın tərəqqisinə və dinc həyatına sərf edən müdrik və təcrübəli rəhbər idi. Rus Pravoslav Kilsəsinin Stavropol yeparxiyası Azərbaycan dövlətinin həyatı ilə tarixən bağlıdır və biz özümüz Heydər Əlirza oğlunun respublikada millətlərarası və dinlərarası sülhün qorunub saxlanması və dəstəklənməsi üçün çox işlər gördüyünü yaxşı bilirik.
Mərhumun nurlu xatirəsi Azərbaycanda, Rusiyada və bütün dünyada çox-çox insanların qəlbində yaşayacaqdır.
Dərin hörmətlə,
Feofan,
Stavropol və Vladiqafqazın yepiskopu.
Stavropol, 13 dekabr 2003-cü il.