Azərbaycan Şahmat Federasiyası FIDE rəhbərliyindən Teymur Rəcəbovun hüquqlarını qorumağı xahiş edib
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Arkadi Dvorkoviçə məktub ünvanlayıb.
AŞF-dən AZƏRTAC-a verilən məlumata görə, məktubda dünyanı bürüyən koronavirus pandemiyası zamanı Rusiyada bütün idman yarışlarının təxirə salındığı yada salınaraq, bununla belə Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirinin təşkili barədə yazılıb.
Azərbaycan Şahmat Federasiyası FIDE rəhbərliyindən Teymur Rəcəbovun hüquqlarını qorumağı və Azərbaycan şahmatçısını iddiaçılar turnirinə qaytarmaqla ədaləti bərpa etməyi xahiş edib.
Qeyd edək ki, Teymur Rəcəbov iştirakçıların sağlamlığının təhlükə altına alınması səbəbindən iddiaçılar turnirinin təxirə salınmasını təklif edib. FIDE bununla razılaşmayıb və Teymur Rəcəbov Maksim Vaşe-Laqravla əvəzlənib. Nəticədə, koronavirus pandemiyasına görə turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. Turnirin başqa vaxtda davam etdiriləcəyi açıqlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]