Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti: Milli komandada şəxsi prinsiplər olmamalıdır

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti: Milli komandada şəxsi prinsiplər olmamalıdır

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyasının (AŞF) birinci vitse-prezidenti Faiq Həsənov sentyabrda Macarıstanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək milli komandaların heyətinin formalaşması ilə bağlı müsahibə verib. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Faiq müəllim, kişi şahmatçılardan ibarət millinin heyəti ilə bağlı suallar yaranıb. Ümumiyyətlə, heyət hansı amillərə görə müəyyənləşir?

- Heyət Azərbaycan Şahmat Federasiyası tərəfindən müəyyənləşdirilir. İl ərzində ölkənin aparıcı şahmatçılarının nüfuzlu turnirlərdə, o cümlədən Azərbaycan çempionatında iştirakına əsasən seçilir. Bu zaman şahmatçının nəticələri və digər amillər də nəzərə alınır. Son illər kişi şahmatçılardan ibarət milli komandanın nəticələri bizi qane etmir. Nəticələr təhlil olunduqdan sonra heyətdə dəyişikliyin olması barədə qərar qəbul edildi. Hamıya məlumdur ki, AŞF mütəmadi olaraq gənc və perspektivli şahmatçılara dəstək olmağa çalışır. Federasiya daim milli komanda ilə işləyən məşqçilərlə ünsiyyətdədir. Hər bir şahmatçının iştirak etdiyi yarışlar təhlil olunur və qərar qəbul edilərkən nəzərə alınır.

- Yeni heyətdə Aydın Süleymanlı və Məhəmməd Muradlı ilk dəfə olimpiadada iştirak edəcəklər. Bu barədə nə düşünürsünüz?

- 2022-ci ildə Özbəkistanın kişi şahmatçılardan ibarət komandası olimpiadanın qızıl medalını qazandı. Heyətdə yüksək reytinqli bəzi şahmatçılar olmadığı halda gənclərlə böyük uğur əldə etdilər. Bizdə heç vaxt əvvəlcədən şahmatçıya “sən millidə oynayacaqsan” kimi vəd verilmir. Federasiya üçün önəmli Azərbaycan çempionatında, eləcə də ölkədə təşkil edilən yarışlarda iştirak və beynəlxalq turnirlərdə qazanılan nəticələrdir.

Onu da qeyd edim ki, son illər AŞF gənc istedadlı şahmatçılar üçün ən yaxşı şəraiti yaradıb. Onların istədikləri turnirlərdə iştirakı təmin olunur, yüksək səviyyəli məşqçilərlə işləməsinə kömək edilir. Ötən il dünya çempionatının finalçısı, tanınmış qrosmeyster Boris Gelfand gənc istedadlara təlim-məşq toplanışında rəhbərlik etmək üçün Bakıya dəvət olundu. Eyni zamanda, Vladimir Çuçelov kimi dünya səviyyəli mütəxəssis şahmatçılarla mütəmadi hazırlıq keçir. Bunun nəticəsidir ki, Azərbaycanda yeni istedadlı gənc nəsil yetişir və biz onları da milli komandaya cəlb etməliyik.

Cari heyətdə AŞF-nin qərarı ilə dəyişiklik edilib və gəncləşdirmə istiqamətində ilk addımlar atılıb. Məqsəd milli komandada təcrübəli və gənc şahmatçılardan ibarət mübariz heyət formalaşdırmaqdır. Dünya Kubokunun qalibi, üçqat Avropa çempionu Teymur Rəcəbov kimi şahmatçı heyətdən kənarda qalıb. Olimpiadada Teymur Azərbaycan komandasına kapitan kimi kömək olacaq. Biz, həmçinin gənc şahmatçıları da yoxlamaq qərarına gəldik. Aydın Süleymanlı və Məhəmməd Muradlının nümayiş etdirdiyi inamlı oyunu qiymətləndirməmək mümkün deyil. Aydın 2024-cü il Azərbaycan çempionatının qalibidir. Məhəmməd Muradlı isə ölkə çempionatında ikinci yeri tutdu. Eyni zamanda, Məhəmməd BƏƏ-də təşkil edilən güclü beynəlxalq “Open” yarışında birinci yerə layiq görüldü. Ölkə çempionatının nəticələri həmişə bizim üçün prioritet sayılıb.

18 il əvvəl - 2006-cı ildə Turində keçirilmiş olimpiada ərəfəsində heyətdə dəyişiklik edildi. O vaxt Azərbaycan çempionatında ikinci yeri tutan və FIDE reytinqi 2300-ə yaxın olan 14 yaşlı Vasif Durarbəyli komandaya dəvət olundu. Çox təcrübəli qrosmeysterlər isə heyətə daxil edilmədilər. İndi isə Azərbaycan çempionatında ikinci yeri tutan Məhəmməd Muradlıya şans vermək istəyirik. Yeri gəlmişkən, 2022-ci ildə Naxçıvanda təşkil edilən Azərbaycan çempionatının finalında Məhəmməd Muradlı Vasif Durarbəyliyə qalib gələrək birinci yeri tutdu. Hamı bilir ki, Azərbaycan milli komandasının qapıları bütün şahmatçılar üçün açıqdır. FIDE reytinqi vacibdir, amma həlledici deyil. Reytinqi əsas götürmək olmaz. Millidə gənc istedadlara yer verilməlidir. Əsas məqsəd olimpiadada yaxşı nəticə qazanmaqdır. 2000-ci ildə də biz ölkə çempionunu birbaşa milliyə dəvət etmişdik. Həmin il Azərbaycan çempionu Şəhriyar Məmmədyarov komandaya cəlb olundu. Olimpiada ərəfəsində Zeynəb Məmmədyarova İspaniyada 18 yaşlıların dünya çempionatında qızıl medal qazandı və biz heyətdə dəyişiklik etməyə məcbur olduq. Son anda Zeynəb Məmmədyarova yığmaya dəvət olundu və olimpiadada iştirak etdi. Olimpiada şahmat üzrə ən nüfuzlu yarışlardan biridir. Şahmatçılar komanda mübarizəsi nümayiş etdirməklə uğur qazanmaq imkanı əldə edirlər. Biz milli komandada döyüşkən və əzmkar heyət formalaşdırmaq üçün çalışırıq.

- Milli komandaya ehtiyat şahmatçı kimi cəlb olunan Vasif Durarbəyli heyətdən narazı olduğunu bildirir. O, millidə oynamaq arzusunda olduğunu söyləyib...

- Bütün şahmatçılar kimi, Vasif Durarbəyli də daim dövlətin qayğısını hiss edib. AŞF mütəmadi olaraq ona lazımi köməklik göstərib. Hətta Mahir Məmmədov Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilməzdən öncə iş adamı kimi uzun illər Vasifə ilbəil böyük miqdarda maddi və mənəvi dəstəyini əsirgəməyib. Sadəcə, nəzərə almaq lazımdır ki, millinin heyəti hər il dəyişə bilər. Növbəti illərdə də gənc şahmatçılara milli komandada çıxış etmək imkanı yaradılacaq. Yəqin, Xaqan Əhməd barədə eşitmisiniz. Çox istedadlı yeniyetmədir. Beynəlxalq Şahmat Federasiyasının təsis etdiyi Şahmat Akademiyasında da təcrübə keçdi. Xaqan Əhməd belə davam etsə, biz illər öncə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vasif Durarbəyli və digərlərini milliyə dəvət etdiyimiz kimi, onun barəsində də müzakirələr aparacağıq. Reytinqindən asılı olmayaraq yeniyetmə və gənc şahmatçılar diqqətdə saxlanılır. Şahmatçının nümayiş etdirdiyi oyun önəmlidir. Azərbaycan milli komandasının heyəti müəyyənləşərkən şəxsi prinsipləri yaxın buraxmaq olmaz. Şəxsi fikirlər kənara qoyulmalıdır və obyektiv yanaşmaqla gənclərin milliyə yolunu açmaq lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb