Azərbaycan şahmatçısı “Qatar Masters Open-2015” beynəlxalq turnirinə liderlik edir
Bakı, 28 dekabr, AZƏRTAC
“Qatar Masters Open-2015” beynəlxalq şahmat turnirinin başa çatmasına 2 tur qalıb.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 7-ci turda Hindistan təmsilçisi Şekhar Suriya Ganguli üzərində qələbəsindən sonra Şəhriyar Məmmədyarov aktivinə 5,5 xal yazaraq turnirə liderlik edir.
Səkkizinci turda isə həmyerlimizin rəqibi hazırki dünya çempionu Maqnus Karlsen olacaq.
Turnirdə Ş.Məmmədyarov ilə yanaşı, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və bir sıra digər tanınmış şahmatçılar iştirak edirlər.
Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]