Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyətinin 3 ili tamam olub

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyətinin 3 ili tamam olub

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 6 noyabr tarixli Fərmanına əsasən yaradılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASC) fəaliyyətinin 3 ili tamam oldu.

ASC-dən AZƏRTAC-a bildirilib ki, korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Onun fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, onlarda qabaqcıl texnologiyaların tətbiqi üçün yenidənqurma işlərini aparmaq, müasir idarəçilik mexanizminin tətbiqi və istehsal potensialının gücləndirilməsinə nail olmaqdır. Fəaliyyət dövrü ərzində “Azərbaycan Sənaye Korporasiyası” ASC sənaye məhsulları istehsalının həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib.

Korporasiyanın fəaliyyət müddəti ərzində həllini tapmış məsələlərdən biri biznes proseslərin elektron idarəetmə sistemləri üzərindən aparılması üçün “1C-ERP” sisteminin və rəqəmsal idarəçiliyin inkişafında önəmli addım sayılan “Elektron sənəd dövriyyəsi sistemi”nin tətbiq olunması, həmçinin ASC və onun törəmə müəssisələrinin 2020-ci ildən etibarən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) keçid etməsidir. Belə ki, ASC və onun törəmə müəssisələrinin 2020-ci il yanvarın 1-nə açılış balansının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğunluğunun auditi keçirilib. Audit beynəlxalq səviyyədə tanınan “Baker Tilly Audit Azərbaycan” QSC tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları” və “Beynəlxalq Audit Standartları” əsasında keçirilib və açılış balansının auditinin nəticələrinə dair müsbət rəy verilib.

Hazırda ASC tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 19 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “Azərtütün ASK” MMC, “Azəripək” MMC, “ASK Şüşə” MMC və digərlərini göstərmək olar. Korporasiyanın törəmə müəssisələrindən olan “Azəralüminium” MMC ölkənin mühüm istehsal sahələrindən biridir və respublikamızda əlvan metallurgiya sənayesinin aparıcı müəssisələrindən sayılır. İllik istehsal gücü 54 min ton olan müəssisənin buraxdığı alüminium məhsulları Türkiyə, ABŞ, Rusiya, Yunanıstan və digər ölkələrə ixrac olunur. “Azəralüminium” MMC tərəfindən strateji inkişaf planı üzrə mühüm addımlar atılıb və ABŞ bazarında yeni şirkətlər ilə əməkdaşlıq yaradılaraq, həmin ölkəyə ixrac edilən məhsulların həcmi artırılıb. Bu məhsullar tikinti, nəqliyyat, qablaşdırma sahələrində, eləcə də mətbəx ləvazimatları, yol nişanları, avtomobil nömrə nişanı, falqa və sair istehsalında geniş tətbiq olunur. Azərbaycan Respublikasında alüminium istehsalının daha da genişlənməsi, istehsal olunan məhsulların satış imkanlarının şaxələndirilməsi, yeni satış bazarlarına çıxış, xərclərin optimallaşdırılması və ən son qabaqcıl istehsal texnologiyalarının tətbiq olunması istiqamətində “Azərbaycan Sənaye Korporasiyası” ASC, onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında ilkin müqavilə imzalanıb. Bu əməkdaşlıq nəticəsində üstün texnologiyalar əsasında alüminium məhsullarının istehsal edilməsinə imkan yaranacaq və bu da, öz növbəsində, daha geniş spektorlu əlavə dəyərli alüminium məhsullarının satışına səbəb olacaq. Müəssisənin inkişaf strategiyası sırasında dünyada geniş tətbiqi olan və avtomobil, aviasiya, telekommunikasiya, həmçinin digər sahələrdə istifadə edilən isti yayma alüminium məhsullarının istehsalı əsas yerdədir. “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış ilkin müqavilədə bu hədəf də əksini tapıb.

Qeyd etmək lazımdır ki, şirkət isti yayma alüminium məhsullarının istehsalı üçün avadanlıq istehsalçıları sırasında dünya lideridir.

Ölkənin aqrar sahəsində xüsusi çəkiyə malik olmaqla, müvafiq istiqamətlər üzrə məhsul istehsalını həyata keçirən “Azərpambıq ASK” MMC, “Azərtütün ASK” MMC və “Azəripək” MMC-nin fəaliyyəti 20-dən çox rayonu əhatə edir və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində minlərlə fermerə dəstək göstərir. Korporasiyanın fəaliyyət dövrü ərzində pambıqçılıq sahəsində aqro-texniki baza xeyli dərəcədə gücləndirilib, pambığın əkilməsi, becərilməsi, aqrotexniki tədbirlərin optimal müddətdə təmin edilməsi və bu işlərin səmərəliliyinin daha da artırılması üçün müəssisə 965 ədəd (pambıqyığan kombayn, traktor, yanacaq daşıyan çən və digər) yeni kənd təsərrüfatı texnika və aqreqatları ilə təmin edilib. Müəssisədə idarəetmənin təkmilləşdirilməsi, resursların planlaşdırılması və uçotun qurulması üçün İKT infrastrukturu yaradılıb, elektron sistem tətbiq edilib. Eyni zamanda, fermerlərin elektron reyestri yaradılıb ki, hər il “Azərsky” peykinin təsvirləri əsasında pambıq əkini sahələrinin monitorinqləri aparılır, pambıq əkilən sahələr naturada ölçülərək xəritələşdirilir və illər üzrə vahid coğrafi məlumat bazası formalaşdırılır.

“Azərpambıq ASK” MMC-nin Ağcabədi pambıq emalı zavodunun istehsal gücünün artırılması və gündəlik emal gücünün 200 tona çatdırılması üçün yeni zavodun tikintisi həyata keçirilib, sınaqlar aparılıb və cari ildə istismara verilib. Emaldan alınan mahlıc və digər məhsulların keyfiyyətinin yüksəldilməsi üçün Ağcabədi, Beyləqan, Biləsuvar və Saatlı pambıq istehsalı və emalı zavodlarına təbii qaz xətləri çəkilib və texnoloji proses nisbətən təkmilləşdirilib, zavod və məntəqələrdə infrastrukturun yaxşılaşdırılması, zəruri istehsalat vasitələri ilə təchizat, o cümlədən taya yerlərinin təmir-bərpa işləri təmin edilib, Tərtər məntəqəsinin yeni inzibati binası istifadəyə verilib. Son 3 il ərzində “Azərpambıq ASK” MMC tərəfindən 29 min hektar sahədə pambıq əkini aparılıb. Məhsuldarlıq 1,5 dəfə artırılıb. Belə ki, 2018-ci ildə orta məhsuldarlıq 19,5 sentner olduğu halda, 2019-cu ildə 28 sentnerə çatdırılıb. Xam pambıq tədarükü 2018-ci ildə 56 min 566 ton, 2019-cu ildə isə 80 min 542 ton olub.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2018-ci ildə Balakən rayonunda tutumu 9 ton olmaqla İtaliya texnologiyaları əsasında 60 ədəd müasir qurutma kamerası olan müasir tütün istehsalı və emalı kompleksi yaradılıb. 2019-cu ildə isə Şəki rayon tütünqurutma kompleksinin genişləndirilməsi və “Azərtütün ASK” MMC-nin emal potensialının gücləndirilməsi məqsədilə məntəqədə əlavə 30 ədəd müasir odla qurutma kameraları quraşdırılıb, anbar binası, köməkçi binalar, çeşidləmə zonası, altıaçıqlar inşa edilərək yeni məntəqənin yaradılması təmin edilib. Ümumilikdə, bu gün “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 266 ədəd müasir odla qurutma kamerası, anbar və ofis binaları, texnoloji avadanlıqlar, aqrotexnika parkı, habelə digər zəruri infrastruktura malik 4 ədəd Tütün İstehsalı və Emalı Məntəqəsi var, Zaqatala rayonunda isə bir Tütün Emalı Zavodu fəaliyyət göstərir. “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 194 daimi iş yeri var. Mövsümdə isə 500-550 nəfər müvəqqəti işçi cəlb edilir. Müəssisə ölkədə tütün istehsalının həcmi, tütünün emalı və fermerlərin dəstəklənməsi sahəsində ən aparıcı rola malikdir.

“Azəripək” MMC-də zəruri tədarük və emal imkanlarının genişləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülüb. Belə ki, 2 ədəd yeni barama boğan avadanlıqları, eləcə də 1 ədəd buxar qazanı alınaraq, quraşdırılıb və istismara verilib. İstehsal müəssisəsinin modernləşdirilməsi, istehsal gücünün artırılması, habelə istehsalın optimallaşdırılması və rəqabətə davamlı məhsul istehsalına nail olmaq məqsədilə müvafiq strategiya və fəaliyyət planının hazırlanması çərçivəsində “ASK Şüşə” MMC-də birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb. Nəticədə müəssisənin istehsal gücü ildə 80-85 milyon şüşə tara həcmində artırılıb və istehsal olunmuş hazır məhsulun həcmi 2019-cu ildə 37 milyon 850 min ədəd olduğu halda, cari ilin 10 ayında iki xətt üzrə 55 milyon 710 min ədəd şüşə tara təşkil edib və 2020-ci ilin sonunadək 66 milyon ədəd olması gözlənilir. İxrac potensialının genişləndirilməsi, məhsulların yeni bazarlara çıxarılması məqsədilə “ASK Şüşə” MMC ölkənin qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyət kəsb edən əməkdaşlığa imza ataraq, Gürcüstan fəaliyyət göstərən “Coca-Cola Bottlers Georgia” JSC şirkəti ilə müqavilə imzalayıb. Müəssisə cari il üçün həmin şirkətə 1 milyon 600 min ədəd şüşə tara ixrac edib. Hazırda müəssisə tərəfindən keyfiyyətin yüksəldilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində məhsul istehsalında texniki nəzarətin daha da təkmilləşdirilməsi məqsədilə Almaniyadan keyfiyyətə nəzarət aparatı alınıb ki, bu da daha böyükhəcmli şüşə tara istehsalına imkan yaradacaq.

Bazar iqtisadiyyatında dəyişən mühitin tələblərinə çevik reaksiya verilməsi əsas şərtdir. Güclənən rəqabət şəraitində istehsal olunan məhsulların təkcə həcm göstəricilərinə deyil, həm də keyfiyyət göstəricilərinə diqqət yetirmək, onların çeşidini genişləndirmək, alıcıların tələbatını öyrənmək məqsədilə, innovasiyaların tətbiqi, startapların dəstəklənməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi üzrə korporasiyada işlər aparılır.

Ümumilikdə, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində, valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcək.

Bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı müzəffər Ordumuzla birgə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə apararaq, tariximizin şanlı səhifəsini yazır. Hər bir azərbaycanlı Vətən üçün Vətən daşı olmaqdan şərəf duyur. “Azərbaycan Sənaye Korporasiyası” ASC yaranmasının üçüncü ilində ölkə rəhbərliyi tərəfindən göstərilən etimad və qarşıya qoyulan vəzifələrin öhdəsindən gələrək, ölkəmizə var qüvvəsi ilə xidmət edəcək və işğaldan azad olunmuş torpaqlarımızın inkişafı, tərəqqisi naminə əzmlə fəaliyyətini davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır