AZƏRBAYCAN SƏRMAYƏ QOYULUŞUNUN ARTIMI SÜRƏTİNƏ GÖRƏ MDB MƏKANINDA ÖNCÜL YERDƏDİR
İqtisadi inkişaf naziri Fərhad Əliyev müxbirimizə bildirmişdir ki, Azərbaycanda ümumi-daxili məhsulun, sərmayə qoyuluşunun artım səviyyəsi Müstəqil Dövlətlər Birliyi məkanında ən yüksək göstəricilərdəndir. Hazırda iqtisadiyyatın bütün sahələrində ciddi artım davam etməkdədir. Cari ilin 7 ayının yekunlarına əsasən, ümumi-daxili məhsulun həcmi keçən ilin müvafiq dövri ilə müqayisədə 10,1 faiz, iqtisadiyyata yönəlmiş sərmayələrin ümumi həcmi isə 68 faiz artmışdır. Bu da sənaye, tikinti, rabitə, kənd təsərrüfatı və digər sahələrdə istehsalın inkişafı ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]