AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN İLDÖNÜMÜ ŞƏRƏFİNƏ
Sonra onlar Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Elə həmin gün “Gülüstan” sarayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 88-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyətin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev təntənəli mərasimdə çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin tarixindən danışmışdır. Silahlı Qüvvələrimizin bugünkü vəziyyətindən bəhs edən nazir, ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müstəsna rolunu diqqətə çatdıran bildirmişdir ki, ulu öndərin titanik səyləri nəticəsində tam formalaşan ordumuz bu gün bir mərkəzdən idarə olunan, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən təşkilat-ştat strukturuna malikdir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən nazir dövlətimizin başçısının bayram ərəfəsində hərbi təhsil müəssisələri məzunlarının növbəti buraxılışı mərasimində işrtrakını xüsusi xatırlatmışdır.
Müdafiə naziri vurğulamışdır ki, gündən-günə güclənən Azərbaycan Silahlı Qüvvələri lazım olan anda torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdır.
Mərasim Azərbaycan incəsənət ustalarının iştirak etdiyi bədii proqramla başa çatmışdır.