Azərbaycan Stolüstü Tennis Federasiyasına yeni baş katib təyin olunub
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Stolüstü Tennis Federasiyasına yeni baş katib təyin olunub.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Könül Mikayılova Stolüstü Tennis Federasiyasının baş katibi olacaq.
Qeyd edək ki, Könül Mikayılova 1984-cü ildən stolüstü tennis idman növü ilə məşğul olub. Milli komandanın üzvü olan K.Mikayılova 1997-2000-ci illərdə Suraxanı UGİM-də, 2000-2014-cü illərdə "Neftçi İSM”də məşqçi işləyib. Azərbaycan Stolüstü Tennis Federasiyasında 2009-cu ildən fəaliyyət göstərən K.Mikayılova daha əvvəl təlimatçı və idman şöbəsinin müdiri vəzifələrində çalışıb. O, İdman ustasi, beynəlxalq dərəcəli hakim, Avropa Stolüstü Tennis İttifaqının Gender bərabərliyi komitəsinin üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]