Azərbaycan taekvondoçusu Paris Olimpiadasına türkiyəli idmançı ilə hazırlaşır
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsini Bakıda davam etdirir.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 58 kiloqram çəkidə mübarizə aparan idmançı federasiyanın zalında məşq edir.
Toplanışa türkiyəli Ömər Faruk da dəvət edilib. Gənclər arasında Avropa çempionu, Multi Avropa Oyunları, "Spanish Open", "Bosnia Herzegovina Open", "Sofia Open"in qızıl medalçısı, "Turkish Open" və Prezident Kubokunun üçqat qalibi ilə hazırlıq taekvondoçumuzun “Paris-2024”də daha uğurlu çıxışına hesablanıb.
Akdeniz Oyunlarında da fəxri kürsüdə yer almış qardaş ölkə idmançısı ilə sınaq döyüşləri də keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]