Azərbaycan Texnologiya Universiteti ilə “ATS Food” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
Gəncə, 13 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
“ATS Food” MMC-nin nümayəndələri Azərbaycan Texnologiya Universitetində olublar. Qarşılıqlı əməkdaşlığın imkanları və perspektivləri müzakirə edildikdən sonra hər iki müəssisə arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərovla “ATS Food” MMC-nin icraçı direktoru Tural Hacıyev imzalayıb.
Memorandum elmi nailiyyətlərin müəssisədə tətbiqi, təcrübə proqramları, fənn proqramlarının uyğunlaşdırılması, təlim mərkəzinin yaradılması, məzunların işlə təminatı kimi məsələləri əhatə edir.