AZƏRBAYCAN TORPAQLARININ İTİRİLMƏSİ İLƏ HEÇ VAXT BARIŞA BİLMƏZ
AZƏRTAC xəbər verir ki, bu bəyanatı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin növbəti buraxılışına həsr olunmuş mərasimdə Prezident İlham Əliyev vermişdir. Dövlətimizin başçısı demişdir ki, biz Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt icazə vermərik və bu danışıqlar mövzusu deyildir. Azərbaycanın ərazi bütövlüyü bütün dünya, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və eyni zamanda, tarixi, hüquqi, siyasi baxımdan, bütün başqa tərəflərdən də bu, belədir. Ona görə də danışıqlar predmeti yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası, bölgədə yaşayan bütün xalqların təhlükəsizliyinin təmin edilməsi olmalıdır. Bundan kənarda heç bir razılaşma mümkün deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]