Azərbaycan triatlonçusu dünya kuboku yarışlarında dördüncü olub
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Ekvadorda keçirilən dünya kuboku yarışında dördüncü olub.
AZƏRTAC xəbər verir ki, idmançımız 67 triatlonçunun mübarizə apardığı yarışı 52 dəqiqə 24 saniyəlik nəticə ilə başa vurub.
R.Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 10 saniyəyə başa vurub. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 7 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 14 dəqiqə 34 saniyə nəticə ilə başa vurub.
Dünya kuboku yarışının qalibi ispaniyalı David Kastro olub.
Qeyd edək ki, idmançılarımız “Tokio-2020” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iki il ərzində təsnifat turnirlərində iştirak edəcəklər. Bu müddət ərzində onlar dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]