Azərbaycan triatlonçusu Rostislav Pevtsov Olimpiya reytinqində 11 pillə irəliləyib
Bakı, 15 noyabr, AZƏRTAC
Çilidə keçirilən triatlon üzrə dünya kuboku yarışının Vina Del Mar mərhələsində Azərbaycan təmsilçisi Rostislav Pevtsov 11-ci yeri tutub.
Azərbaycan Triatlon Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançımız üzgüçülük yarışmasını uğursuz start yerinə görə 40 saniyəlik gecikmə ilə başa vursa da, qaçışda yarışın liderindən cəmi 1 saniyə geri qalıb.
Azərbaycan idmançısı fərdi Olimpiya reytinqində 11 pillə irəliləməklə 48-ci yerə yüksəlib.
Hazırda R.Pevtsov Olimpiya lisenziyasına iddialı olan idmançılar sırasındadır. Belə ki, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə etmək üçün R.Pevtsov reytinqə görə 55 ən yaxşı dünya idmançıdan biri olmalıdır.
Çilidə keçirilən yarışda İspaniya idmançısı David Kastro Fahardo birinci olub. Çili təmsilçisi Dieqo Moya yarışı ikinci, mərakeşli Cavad Abdelmoula üçüncü pillədə başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]