Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkiyə dostluğunun zirvəsi olan Şuşa Bəyannaməsinin əhəmiyyəti

Azərbaycan-Türkiyə dostluğunun zirvəsi olan Şuşa Bəyannaməsinin əhəmiyyəti

Bakı, 16 iyun, AZƏRTAC

Gözümüzün önündə tarix yaşanır - bir zamanlar təsəvvür belə edə bilməyəcəyimiz, əfsanə, dastan kimi bir tarix... Bu tarixin ayrılmaz parçaları olduğumuz üçün bəlkə də dünyanın ən xoşbəxt adamlarıyıq. Şəhidlərimizin müqəddəs qanı ilə suvarılan minillik arzularımız, ümidlərimiz gerçəkləşir. Bütün bunları soyuqqanlı bir şəkildə izləmək mümkün deyil. Tarixi yaradanların, zamanın cilovunu əjdaha ağzından alıb işıqlı sabahımız üçün dördnala çapdıranların iti zəkasından, dəmir iradəsindən, Vətən sevdasından doğan, əbədiyyətə qədər unudulmayacaq bu möhtəşəm anları da, həmçinin ifadə etməkdə “əlahəzrət söz” aciz qalıb.

Gözümüzün önündə Şuşa Bəyannaməsinə atılan imzalar xoşbəxt gələcəyimizin, birliyimizin rəsmini çəkir, tarix yaradanların adlarını tarixə həkk edir...

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə daşınmasıdır. Türkiyə Prezidentinin Azərbaycana səfəri və bu səfər çərçivəsində müttəfiqlik Bəyannaməsinin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan daha uyğun bir vaxtın seçilməsi mümkün deyildi. Şuşa Bəyannaməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanması bir millətin iki dövlətinin əbədiyyətə qədər bir və hür olacağının mübarək imzalarla təsdiqlənmiş simgəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər siyasi ekspert Elçin Mirzəbəylinin “Azərbaycan-Türkiyə dostluğunun zirvəsi olan Şuşa Bəyannaməsinin əhəmiyyəti” sərlövhəli məqaləsində yer alıb. Məqalədə, həmçinin deyilir:

Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti onun Azərbaycana qarşı bütün ərazi iddialarının üzərindən xətt çəkən Qars müqaviləsinin 100-cü ildönümü ərəfəsində rəsmiləşdirilməsidir

Şuşa Bəyannaməsi məkan baxımından tarixi əhəmiyyəti, sənədin Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycan türklərinin, azərbaycanlıların, bütövlükdə türklüyün milli ruhunun, Vətən sevdasının, mübarizə əzminin, iradəsinin, fədakarlığının, döyüş bacarığının gerçək nümunəsi olan misli görünməmiş bir qəhrəmanlıqla işğaldan azad edilmiş Şuşa şəhərində imzalanmasıdır.

Türkiyə Prezidentinin Azərbaycana səfəri və bu səfər çərçivəsində müttəfiqlik bəyannaməsinin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan daha uyğun bir vaxtın seçilməsi mümkün deyildi. Şuşa bəyannaməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanması bir millətin iki dövlətinin əbədiyyətə qədər bir və hürr olacağının mübarək imzalarla təsdiqlənmiş simgəsidir.

Şuşa Bəyannaməsinin zaman baxımından tarixi əhəmiyyəti, həm də bu mübarək anlaşmanın Azərbaycanın ərazi bütövlüyünə təminat verən və bütün ərazi iddialarının üzərindən xətt çəkən Qars müqaviləsinin 100-cü ildönümü ərəfəsində rəsmiləşdirilməsidir.

Qars müqaviləsinə imza atan tərəflərdən ikisi - sonradan eyni ittifaqda təmsil olunan Rusiya və Ermənistan sözügedən müqavilənin şərtlərini pozaraq, Azərbaycan ərazilərinin, o cümlədən Zəngəzurun bir hissəsini “Sovet Ermənistanı”nın inzibati ərazisinə qatıblar. Şuşa bəyannaməsi Qars müqaviləsinin bütün şərtlərinə əməl edilməsinin vacibliyini önə çəkməklə yanaşı, Türkiyə və Azərbaycanın tarixi ədaləti bərpa olunanadək mücadilələrindən vaz keçməyəcəklərini bəyan edir”!

Azərbaycan son 150 il ərzində Türk dünyasının fikir mərkəzi funksiyasını yerinə yetirib

Azərbaycan son 150 il ərzində Türk dünyasının fikir mərkəzi funksiyasını yerinə yetirib. Türk dünyasının birliyinə xidmət edən ideyalar Əli bəy Hüseynzadə kimi böyük mütəfəkkirlərin sayəsində cilalanaraq, ortaq dil, ortaq mədəniyyət və ortaq tarix üzərindən boy atan türk xalqları və dövlətlərinin vahid milli məfkurəsinə çevrilib.

XX əsrin sonlarında Əli bəy Hüseynzadənin üçlü düsturu böyük siyasət adamı Heydər Əliyevin strateji düşüncəsinin süzgəcindən keçərək, yurda sülhün və həmrəyliyin təmin edilməsi məqsədilə azərbaycançılıq, daha sonra isə Türk dünyasının mövcud geosiyasi reallıqlara uyğun olaraq praktik təməlinin atılması üçün “Bir millət, iki dövlət” fəlsəfəsinə keçid alıb. Bir millət-iki dövlətin - Azərbaycanla Türkiyənin həyata keçirdiyi birgə layihələrin səmərəli nəticələri Türk birliyinin sözdən, fikirdən əmələ keçə biləcəyinə böyük ümidlər yaradıb və nəticədə Türk Şurasının - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranması istiqamətində mühüm addımlar atılıb. Müstəqilliklərini yenicə qazanmış və regionda, dünyada baş verən proseslərə maksimum ehtiyatla yanaşan, Sovet dövründə daha çox assimilyasiyaya məruz qalmış, milli şüurun tam təşəkkül tapmadığı bəzi türk dövlətləri də zamanla bu ideyanın gerçəkləşə biləcəyinə əmin olaraq, prosesin içində yer almaq qərarına gəliblər. Bu gün Türk dövlətlərinin sözdə və fikirdə birliyi artıq reallığa çevrilib. Şuşa Bəyannaməsi isə Türk birliyinin sözdən, fikirdən əmələ keçməsi yeni və daha praktik platformadır.

Şuşa Bəyannaməsində Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın gücləndirilməsi, türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməsi ilə bağlı məqamların da vurğulanması, qənaətimə görə, qeyd etdiyim praktik platformanın üzərindən hərəkət mexanizmlərin edəcək mexanizmlərin nə qədər dəqiq və çoxşaxəli olduğunu nümayiş etdirir.

Bəyannamənin siyasi, hərbi və iqtisadi əhəmiyyəti

Şuşa Bəyannaməsinin siyasi əhəmiyyətinin ana xəttini Azərbaycan və Türkiyənin adları tarixə böyük hərflərlə həkk olunmuş liderlərinin strateji baxış bucağı, polad iradələri təşkil edir. Öncə qeyd edim ki, bizim ən böyük tarixi şansımız bu gün qardaş Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın, Azərbaycana isə İlham Əliyevin rəhbərlik etməsidir. Bu, kimin necə yanaşmasından, siyasi baxışlarından asılı olmayaraq, bəsirət gözü qapanmamış hər kəsin düşüncəsində imperativ və dəyişməz bir qənaət kimi yer alan reallıqdır. Məhz bu iki liderin, bütün maneələrə, risklərə baxmayaraq, iki dövlətin bir millətinin minillik arzularının yerinə yetirilməsi istiqamətində atdıqları cəsarətli qərarlar, Türkiyə-Azərbaycan İttifaqını hər kəsin qəbul etmək məcburiyyətində qaldığı gerçəkliyə çevirib.

Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti həm də milli siyasi iradənin mükəmməl bir şəkildə icra olunmasında, eyni zamanda, tarix boyu mövcud olmuş bütün türk dövlətlərinin qılıncla gerçəkləşdirə bilmədiklərinin siyasi iradə, iti zəka və xarakterlə reallaşmasındadır.

Şuşa Bəyannaməsinin hərbi əhəmiyyəti ilə bağlı, şübhəsiz ki, bu sahənin mütəxəssisləri daha dəqiq yanaşma sərgiləyəcəklər. Amma göz önündə olan və mütəxəssis rəyinə ehtiyac duymayan bir reallıq da var. Bu da bəyannamədə hər iki dövlətin ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hər hansı bir real təhdidin yaranacağı təqdirdə, birgə hərəkət edəcəklərini ehtiva edən müddəanın yer almasıdır. Qarşılıqlı hərbi yardım öhdəliyi yalnız hərbi-siyasi ittifaq və bloklarda təmsil olunan dövlətlərə xas olan bir öhdəlikdir. Şübhəsiz ki, bu prinsipin əsasında BMT Nizamnaməsinin 51-ci müddəasından irəli gələn kollektiv müdafiə hüququ dayanır.

Məlum olduğu kimi, Şuşa Bəyannaməsində tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. İndiki şəraitdə, sözügedən sənəddə kollektiv müdafiə hüququnun imperativ bir şəkildə vurğulanması, kimin necə tövsif etməsindən, istək və arzularından, təsəlli vermək və almaq niyyətlərindən asılı olmayaraq, dünyanın siyasi səhnəsində Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqının de-fakto və de-yure təşəkkül tapması anlamına gəlir.

Şuşa Bəyannaməsində Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Bütün bunlar isə şübhəsiz ki, Türkiyə ilə Azərbaycanın vahid hərbi-siyasi və təhlükəsizlik platformasından çıxış edəcəklərinin sübutudur.

Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr təkcə bu iki qardaş ölkənin deyil, bütövlükdə regionun inkişafı, bölgə xalqlarının rifahı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin genişləndirilməsi müttəfiqlik münasibətlərinin iqtisadi əsaslarını möhkəmləndirməklə yanaşı, hər zaman olduğu kimi yenə də bölgə xalqlarının rifahına və təhlükəsizliyinə xidmət edəcək. Bəlli olduğu kimi, Şuşa Bəyannaməsində milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alıb ki, bu da hər iki dövlətin iqtisadi potensialını daha da artıracaq və təbii ki, bəyannamədə yer alan digər müddəalardan irəli gələn vəzifələrin yerinə yetirilməsində sabit maliyyə mənbələrinin formalaşmasına imkan yaradacaq.

Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin əbədi birliyini, ittifaqını bir daha elan etməklə yanaşı, regionda davamlı sülh, əməkdaşlıq, təhlükəsizlik və inkişaf üçün yeni imkanlar açır. Bu imkanlardan yararlanmaq istəyənlər, Azərbaycan-Türkiyə ittifaqının yanında yer alacaq, bölgənin sabitliyinə, inkişafına və təhlükəsizliyinə öz töhfələrini verəcək, xalqlarının firavan həyatlarını təmin edəcəklər. Qarşısında olanlara isə, ən yaxşı halda güclü iqtisadi-siyasi platforma üzərindən hərəkət edən “qatar”ın arxasınca baxmaq qalacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib