AZƏRBAYCAN UŞAQ HÜQUQLARI İLƏ BAĞLI DAHA BİR KONVENSİYAYA QOŞULMUŞDUR
Parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli AZƏRTAC-ın müxbirinə demişdir ki, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə göndərilən sənəddə deyilir ki, Azərbaycan bu Konvensiyaya müvafiq bəyanatla qoşulur. Bəyanatda deyilir ki, Konvensiyanın müvafiq maddələrinə uyğun olaraq Azərbaycan Respublikası bəyan edir ki, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında övladlığa verilmiş uşaqlar Azərbaycan Respublikasının ərazisini tərk edə bilərlər. Azərbaycan Respublikası ərazisində adətən daimi yaşayan uşaqların övladlığa götürülməsi yalnız mərkəzi orqanın (Ədliyyə Nazirliyi) funksiyalarına uyğun olaraq yerinə yetirildiyi halda həyata keçirilə bilər.
Komissiya sədri onu da demişdir ki, 1998-ci ildən bu günə qədər 450 azərbaycanlı uşaq xarici vətəndaşlara övladlığa verilmişdir. Amma ölkəmiz müvafiq konvensiyaya qoşulmadığı üçün həmin uşaqlar haqqında heç bir məlumat alınmamışdır. Azərbaycan bu sənədə qoşulduqdan sonra mərkəzi orqan xarici ölkə vətəndaşlarına övladlığa verilən azərbaycanlı uşaqların taleyi ilə maraqlana, onların hüquqlarını qoruya bilər. Bundan başqa, uşaqların övladlığa götürüldükdən sonra özlərinin və ya daxili orqanlarının satılmasının, köçürülməsinin qarşısını almaq mümkün olacaqdır.
Konvensiya layihəsi müzakirə olunduqdan sonra təsdiq edilmişdir.
Sonra parlament Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]