Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Azərbaycan və Avrasiya Patent Təşkilatı arasında əməkdaşlığın prioritet istiqamətləri” – dəyirmi masa YENİLƏNİB-3

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Əqli Mülkiyyət Agentliyində “Azərbaycan və Avrasiya Patent Təşkilatı arasında əməkdaşlığın prioritet istiqamətləri” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masa Avrasiya Patent Təşkilatının (APT) icraçı orqanı olan Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqoriy İvliyevin ölkəmizə rəsmi səfəri çərçivəsində təşkil edilib.

Səfərin əsas məqsədi əqli mülkiyyət sahəsində Azərbaycan ilə APT arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, ölkəmizdə qeyd edilən sahə üzrə görülən işlərlə yerində tanışlıq, xüsusən Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyinin iş təcrübəsinin öyrənilməsidir.

Tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov dəyirmi masada müzakirə olunacaq məsələlərin əməkdaşlığın təkmilləşdirilməsinə və dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. O, Q.İvliyevin Avrasiya Patent İdarəsinin prezidenti kimi fəaliyyətinin, irəli sürdüyü təşəbbüslərin müstəsna rol oynadığını vurğulayaraq onun təşkilatın fəaliyyəti və inkişafı problemlərinin həllinə yanaşmasının təşkilatın yüksək məqsədlərinə doğru uğurlu irəliləyişin açarı olduğunu söyləyib.

K.İmanov Azərbaycanın fəal iqtisadi və institusional islahatlar ölkəsi olduğunu qeyd edərək Prezident İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən tədbirlərin gələcəyə hesablandığını, Vətən müharibəsində qazanılan böyük Qələbə nəticəsində bütün torpaqların işğaldan azad edildiyini, bu torpaqlarda möhtəşəm quruculuq prosesinin - Böyük Qayıdışın başlandığını bildirib. O, Agentliyin vəzifəsinin dövlətimizin başçısı tərəfindən formalaşdırılan ən mühüm məqsədləri təmin etmək, ölkə rəhbərinin yaratdığı müstəqil əqli mülkiyyət idarəsini aparılan islahatların real aktoruna çevirmək olduğunu vurğulayıb.

Dəyirmi masanın təşkilinə görə Əqli Mülkiyyət Agentliyinə minnətdarlıq edən Q.İvliyev əqli mülkiyyət sisteminin inkişafına elmi yanaşmasına görə Kamran İmanova xüsusi təşəkkürünü bildirib. O, K.İmanovun “Əqli mülkiyyət. Sənaye mülkiyyəti” jurnalındakı son məqaləsində müasir əqli mülkiyyət ofisinin formalaşması və fəaliyyət göstərməsi ilə bağlı fikirlərini yüksək dəyərləndirərək Azərbaycan və APT arasında əməkdaşlığın prioritet istiqamətləri haqqında məlumat verib.

Patentlərin artan əhəmiyyətinin patent idarələrinin işinin keyfiyyətinin yüksəldilməsi zərurətini diktə etdiyini qeyd edən Q.İvliyev bu ilin may ayında 8 əsas iş istiqamətini özündə əks etdirən və regionda əqli mülkiyyət xidmətlərinin iddiaçılar üçün daha əlçatan və rahat olmasını nəzərdə tutan APT-nin 2028-ci ilə qədər İnkişaf Proqramının qəbul edildiyini vurğulayıb və Azərbaycan tərəfinə strateji inkişaf vektorlarını dəstəklədiyinə görə təşəkkür edib.

Q.İvliyev APT-nin fəaliyyətinin perspektivlərinə toxunaraq Avrasiya Patent Müvəkkilləri Assambleyasının yaradıldığını, ixtiraçıların Avrasiya təşkilatlarının yaradılmasının nəzərdə tutulduğunu, APİ-nin Əczaçılıq Reyestrinin məlumatlarının statusunun təkmilləşdirilməsinin davam etdiyini, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birlikdə texnoloji parklar üçün tematik layihənin həyata keçirildiyini, əqli mülkiyyət idarələrinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın milli qurumların işinin sadələşdirilməsi üçün ümumi elektron xidmətlərdən istifadənin genişləndirilməsinə kömək edəcəyini diqqətə çatdırıb. APİ-nin rəhbəri üzv-dövlətlərin dəstəyilə vahid Avrasiya əmtəə nişanının və vahid Avrasiya faydalı modelinin qeydiyyatı sisteminin yaradılmasına, əqli mülkiyyət sahəsində mübahisələrin həlli üzrə Avrasiya sisteminin formalaşdırılmasına hazır olduqlarını bildirib.

Q.İvliyev APT-nin İnzibati Şurasının 2022-ci ilin sentyabrında Moskva şəhərində keçirilən 41-ci iclası zamanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun Avrasiya Patent Təşkilatının “İxtiraçılığa və patent işinə verdiyi töhfəyə görə” V.İ.Blinnikov adına qızıl medalı ilə təltif olunduğunu diqqətə çatdıraraq həmin medalı K.İmanova təqdim edib.

Səfər çərçivəsində Q.İvliyev yüksək səviyyəli görüşlər keçirəcək.

Qeyd edək ki, APT 1994-cü ildə Avrasiya patent sisteminin fəaliyyəti və Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələrin yerinə yetirilməsi məqsədilə təsis olunub. Hazırda bu beynəlxalq təşkilata 8 dövlət (Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan və Türkmənistan) daxildir. Azərbaycan Respublikası 1995-ci ildən APT-nin tamhüquqlu üzvüdür.

2019-cu ildə “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol” imzalanıb. 2022-ci ildə APT-nin dəstəyilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində iddia ərizələrinə 3D modellərin əlavə edilməsi imkanı ilə müraciətlərin qəbulu üzrə pilot layihə həyata keçirilib.

İndiyədək APT-yə Azərbaycandan ixtiralara görə 525 Avrasiya patent iddia sənədi verilib (2022-ci ildə 45, 2023-cü ildə isə 25). Hazırda Azərbaycan Respublikası ərazisində 9496 Avrasiya patenti qüvvədədir.

Patent iddia sənədləri içərisində əsasən mədən işi, əczaçılıq və dərmanlar, tibb və baytarlıq sahələri üstünlük təşkil edir. Azərbaycandan olan iddiaçılara 381 Avrasiya patenti verilib.

Ölkəmizdən ən aktiv müraciət edən təşkilatlara “Neftqazelmitədqiqatlayihə” İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu daxildir. Azərbaycandan olan müraciətlərin 60 faizi fiziki şəxslər tərəfindən verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub