Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və “İpək Yolu” Vaşinqtonda diqqət mərkəzində olub VİDEO

Vaşinqton, 29 aprel, AZƏRTAC

ABŞ-ın paytaxtının tanınmış təhsil və elm ocaqlarından olan Cons Hopkins Universitetində müasir İpək Yoluna həsr olunmuş geniş tərkibli konfrans keçirilib.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstanın Vaşinqtondakı səfirliklərinin Dünya Bankı, ABŞ Ticarət Palatası, “Boeinq” şirkəti, ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və digər regional nümayəndəliklərin birgə təşkilatçılığı ilə keçirilən Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi Forumuna 200-dən çox qonaq, o cümlədən ABŞ hökuməti, ticarət palataları, yerli və beynəlxalq maliyyə və sərmayə təşkilatları, beyin mərkəzləri və 50-dən artıq ABŞ şirkəti qatılıb. Tədbirin aparıcısı Cons Hopkins Universitetinin Orta Asiya-Qafqaz İnstitutunun və “İpək Yolu” proqramının rəhbəri, tanınmış professor Frederik Starr olub.

Tədbirə əsas natiq qismində qatılmış ABŞ dövlət katibinin köməkçisinin baş müavini Kurt Tonq çıxış edərək regionun ticarət və tranzit potensialının təbliği, eləcə də bu sahədə ABŞ şirkətləri ilə əməkdaşlığın təşviqi baxımından forumun əhəmiyyətini vurğulayıb. Bu yaxınlarda regiona səfər etdiyini deyən K.Tonq Ələt qəsəbəsində inşa edilən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət etdiyini, burada yaradılan şəraitin onda yüksək təəssürat buraxdığını bildirib. O, region ölkələrinin nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi istiqamətində böyük infrastruktur layihələrinin reallaşdırıldığını, bunun regionumuzdan keçən nəqliyyat dəhlizlərindən istifadə və bu bazarlara sərmayə qoyuluşu ilə bağlı ABŞ şirkətləri üçün əlverişli fürsət yaratdığını qeyd edib. O, bu yaxınlarda Azərbaycan, Gürcüstan və Qazaxıstanın birgə nəqliyyat konsorsiumu yaratmasını, gömrük-tranzit imkanların artırılması məqsədilə aparılan harmonizasiya işlərini hər üç ölkə rəhbərinin siyasi iradəsi və tranzit layihələrə dəstək verməsi kimi qiymətləndirib. K.Tonq regionumuzda sülhün bərqərar olacağına, məhz regional və iqtisadi inkişafın sülh üçün şərait yaradacağına inandığını bildirib.

Forum iştirakçılarına minnətdarlığını bildirən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın aparıcı rolu ilə regionda həyata keçirilən əhəmiyyətli infrastruktur layihələri barədə danışıb, regional təhlükəsizlik mühitinə də toxunub. O, ticarət və qarşılıqlı iqtisadi bağlılığın sülhün və təhlükəsizliyin təminatçısı olduğunu bildirib. Azərbaycanın hər zaman nəinki öz rifahını, eləcə də regionun ümumi inkişafını özünə vacib məqsəd kimi gördüyünü qeyd edən səfir bu xüsusda ölkəmizin regionda öz tərəfdaşları ilə əldə etdiyi nailiyyətlərlə fəxr etdiyini, gələcəkdə də regional əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Tarixi İpək Yolunun yalnız ticarət və nəqliyyat dəhlizi kimi deyil, eyni zamanda, mədəniyyətlər mübadiləsi məkanı olduğunu deyən E.Süleymanov bu həftə Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının Forumunun keçirilməsini xatırladıb, bu qlobal yanaşmanın Azərbaycan Prezidenti İlham Əliyevin baxışını əks etdirdiyini bildirib. O, son günlərdə Ermənistan ilə Azərbaycan arasında yaşanan hərbi gərginliyə də toxunub, ölkəmiz və onun tərəfdaşlarının müsbət, konstruktiv və əməkdaşlığa istiqamətlənən yanaşmasını münaqişə, etnik təmizləmə və iqtisadi böhrana aparan siyasətlə kontrastını vurğulayıb. Regionumuzun rifahlı gələcəyi yalnız Azərbaycanın və onun tərəfdaşlarının bölüşdüyü baxışlar əsasında mümkündür.

Daha sonra çıxış edən Türkiyənin səfiri Sərdar Kılıç, Qazaxıstan səfiri Kairat Umarov və Gürcüstan səfirinin müavini Giorgi Xelaşvili Trans-Xəzər yolunun region ölkələri üçün olduqca önəmli layihə olduğunu və bu dövlətlərin Azərbaycanla bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi niyyətində olduqlarını bildiriblər.

ABŞ Ticarət Palatasının vitse-prezidenti Qari Litman çıxışında regionun qədim ticarət tarixinə, region ölkələrinin yüksək insan kapitalına və dinamik cəmiyyətlərə malik olduqlarını vurğulayıb.

“Trans-Cənubi Qafqaz gömrük və ticarətin inkişafı”, “Dənizdən-dənizə inteqrə edilmiş regional tranzit və logistika infrastrukturu”, “Sərmayə imkanları” mövzularına həsr edilmiş panellər ABŞ ticarət nazirinin köməkçisinin müavini Maykl Lalli, Dünya Bankının regionumuz üzrə icraçı direktoru Yorq Friden və Cons Hopkins Universitetinin professoru, İpək Yolu üzrə tanınmış ekspert Frederik Starr tərəfindən idarə edilib. Panel müzakirələrində Dünya Bankının nümayəndələri ilə yanaşı, beynəlxalq logistika və yükdaşımalar üzrə tanınmış ekspert Maykl Profit, eləcə də Azərbaycan Respublikasının Tranzit Yüklər üzrə koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının icraçı direktoru Taleh Ziyadov, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanov və digər region ölkələrinin nümayəndələri iştirak ediblər.

Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi Forumu ABŞ hökumətində və biznes dairələrində böyük maraq doğurmaqla yanaşı, eyni zamanda, sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Dünyanın beynəlxalq aparıcı şirkətləri ilə yanaşı, Azərbaycanın “Silk Way Airlines” aviaşirkəti də tədbirə dəstək verən tərəfdaşlar sırasında olub.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

 

Azərbaycan və “İpək Yolu” Vaşinqtonda diqqət mərkəzində olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü