Azərbaycan və İran nümayəndələri arasında mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə görüş keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Tehran şəhərində Azərbaycan və İran arasında mobil rabitə şəbəkələrinin koordinasiyası üzrə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin, Dövlət Radiotezliklər İdarəsinin və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və İranın sərhədyanı ərazilərində mövcud və perspektivdə olan mobil rabitə şəbəkələrinin tənzimlənməsi məsələləri geniş müzakirə edilib, zəruri texniki razılaşmalar əldə olunub.
Həmçinin TV və FM radio yayımları, 700/800 MHs zolaqların boşaldılması üzrə 10-12 iyun 2025-ci il tarixində Bakı şəhərində əldə olunan razılaşmalar çərçivəsində görülən işlər müzakirə edilib.
Qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:52]
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb
- 10.08.2026 [16:44]
Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb
- 10.08.2026 [16:39]
Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb
- 10.08.2026 [16:36]
Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH
- 10.08.2026 [16:20]
Əhalinin gəlirləri 10 faizədək artıb
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]