AZƏRBAYCAN VƏ PAKİSTAN PREZİDENTLƏRİ FİLARMONİYADA KONSERTDƏ OLMUŞLAR
İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında incəsənət ustalarının konsertində olmuşlar.
Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, Pakistan Prezidenti Pərviz Müşərrəfi və xanımı Sehba Müşərrəfi hərarətli alqışlarla qarşıladılar.
Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının dövlət himnləri səsləndi.
Respublikamızın incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı böyük maraqla qarşılandı.