Azərbaycan və Rusiyanın Dağıstan Respublikası bağçılıq sahəsində layihələr həyata keçirəcək
Moskva, 26 noyabr, AZƏRTAC
Azərbaycan şirkəti Rusiyanın Dağıstan Respublikasında tingçilik sahəsi və meyvə bağı salacaq.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Rusiyanın Dağıstan Respublikası üzrə Kənd Təsərrüfatı Mərkəzi (“Rosselxoztsentr”) Azərbaycanın İSFA şirkətinin nümayəndələri ilə müqavilə imzalayıb və bu sənəd çərçivəsində tərəflər bağçılıq sahəsində birgə layihələrin həyata keçirilməsi planlarını müəyyən ediblər.
Azərbaycan şirkəti Dağıstanda tingçilik sahəsi yaratmaq, o cümlədən 53 hektar ərazidə meyvə - alça, nektarin, albalı, zeytun, şaftalı bağları salmaq niyyətindədir.
“S.R.Plast” şirkətinin təsisçisi Ramin Seyfullayev bildirib ki, Azərbaycan Dağıstanda yüksək texnologiyalı tingçilik sahəsinin yaradılmasına, eləcə də zeytun bağının salınmasına investisiya qoymaq niyyətindədir.
Filialın rəhbəri Janna Kazanbiyevanın sözlərinə görə, Rusiya Kənd Təsərrüfatı Mərkəzi tinglikdə istifadə olunan tinglərin (əsasən albalı) sertifikatlaşdırılması xidmətləri göstərəcək.
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]
Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb
- 10.08.2026 [17:19]
Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib
- 10.08.2026 [17:18]
Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 10.08.2026 [17:16]
Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb
- 10.08.2026 [16:52]
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb
- 10.08.2026 [16:44]