Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında təqaüd proqramlarının birgə təşkili müzakirə edilib
Bakı, 7 mart, AZƏRTAC
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Səudiyyə Ərəbistanı Krallığı Təhsil Nazirliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti arasında görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın perspektivləri, təqaüd proqramlarının birgə təşkili, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat imkanları müzakirə edilib.
Qeyd edək ki, heyət martın 4-dən etibarən Azərbaycanda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra ali təhsil müəssisələrində görüşləri təşkil edilib, müvafiq istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub.