SİYASƏT
Azərbaycan və Surinam Xarici İşlər nazirlərinin təbrik məktublarının mübadiləsi mərasimi olub
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Braziliyadakı səfirliyində Azərbaycanla Surinam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının iyirmi illiyi ilə əlaqədar səfir Elxan Poluxov və Surinamın Braziliyadakı səfiri Marlon Faisal Mohammed Hoesein arasında ölkələrin Xarici İşlər nazirlərinin təbrik məktublarının mübadiləsi mərasimi keçirilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, təbrik məktublarında iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrdə mövcud olan dostluq və əməkdaşlıq, iyirmi il ərzində əldə edilmiş nailiyyətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Surinamın göstərdiyi dəstək vurğulanıb və gələcəkdə münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi qeyd edilib.
Surinam Xarici İşlər nazirinin məktubunda onun 2019-cu ildə Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirak üçün Azərbaycana səfəri və səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin münasibətlərimizin inkişafına verdiyi töhfə qeyd edilib.